Mayın 16-da Naxçıvan Beynəlxalq Hava Limanında, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kənd sakini şəhid Məmmədov Muxtar Bayram oğlunun qarşılanma mərasimi olub
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri də tədbirdə iştirak ediblər.