Milax kəndində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olunub

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən bəhs olunub, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın göstərdiyi şücaət və fədakarlıqdan söz açılıb.