
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər qeyd ediblər ki, Ümummilli Liderin ikinci dəfə hakimiyyətdə olduğu dövrdə həyata keçirdiyi uzaqgörən siyasət, ardıcıl və məqsədyönlü islahatlar Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Onun rəhbərliyi nəticəsində ölkəmiz həm regional, həm də beynəlxalq müstəvidə tanınan və söz sahibinə çevrilən dövlət olub.