Milax kəndində səyyar vətəndaş qəbulu keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, o cümlədən məmnunluğun təmin edilməsi məqsədilə tapşırıq və tövsiyələrinə uyğun olaraq  

Culfa Rayon İcra Hakimiyyəti başçının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın iştirakı ilə  Milax kəndində səyyar vətəndaş qəbulu keçirilib. Qəbulda icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, kənd icra nümayəndəsi iştirak etmişdir.

Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı qanunamüvafiq qaydada izah verilib.