Nə? Harda? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib

Culfa şəhər 3№-li tam orta məktəbdə Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Nə? Harda? Nə zaman?” intellektual oyunu üzrə yarış keçirilib. Yekun nəticəyə əsasən Camaldın kənd tam orta məktəbin “Zirvə” komandası I yerə, Əlincə kənd tam orta məktəbin “Xarıbülbül” komandası II yerə, Yaycı kənd 1№-li tam orta məktəbin “Dəmir yumruq” komandası III yerə layiq görülüblər. Qalib komandalar diplom və kubokla təltif ediliblər.