
Tədbir Culfa Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Layihənin əsas məqsədi gənclər arasında narkomaniyanın fəsadları barədə geniş məlumatlandırma aparmaq, sağlam həyat tərzinin təbliğini gücləndirmək və bu sahədə maarifləndirici fəaliyyətləri təşviq etmək olub. Çıxış edənlər vurğulayıblar ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə əsas rol oynayır və bu cür təşəbbüslər gənclərin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Həmçinin narkotik vasitələrin insan sağlamlığına, psixologiyasına və cəmiyyətə vurduğu zərərlərdən bəhs edilib. İştirakçılara sağlam həyat tərzi haqqında faydalı tövsiyələr verib.
Tədbir qarşılıqlı sual-cavab və diskussiya formatında davam edib.