Naxçıvan Muxtar Respublikasında suların istifadəsi və mühafizəsi sahəsində maarifləndirmə tədbiri keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsi birgə təşkilatçılığı ilə Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında kənd icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə "Suların istifadəsi və mühafizəsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə çıxış edən aidiyyəti qurumun nümayəndələri son dövrlərdə iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirindən danışaraq, suların qorunması, səmərəli istifadəsi, əhalinin təmiz su ilə təmin olunması, israfçılığın qarşısının alınması və gələcək nəsillər üçün dayanıqlı su təminatının yaradılmasının əhəmiyyətini vurğulayıblar.