Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Culfa rayonunda vətəndaş qəbulu keçirəcək.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva 2 dekabr 2025-ci il tarixdə Culfa rayonunda vətəndaşları qəbul edəcək. Culfa rayon sakinləri ‪(+994 36) 545 83 48‬ nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, vətəndaş qəbulu saat 10:00 da Culfa Rayon İcra Hakimiyyətinin İnzibati binasında keçiriləcək.