Naxçıvan Muxtar Respublikasının yaranmasının 102 ili tamam olur.

1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra Zəngəzur Ermənistana hədiyyə edilir və Naxçıvan Azərbaycandan ayrı düşür. Bundan sonra Ermənistan SSR Naxçıvanı ilhaq etmək istəyir. Lakin Türkiyənin müdaxiləsindən sonra, həmçinin Türkiyə ilə Rusiya arasında bağlanan "Moskva" və Türkiyə ilə Qafqaz ölkələri arasında bağlanan "Qars" müqavilələri Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səbəb olur. Nəticədə 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılır.