Nazir Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 dekabr 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edəcək.

Qəbul saat 09:00-da Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 1) keçiriləcək.

Qəbulda Naxçıvan şəhəri də daxil olmaqla muxtar respublikanın bütün rayon və kəndlərinin sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 17 dekabr 2025-ci il tarixinə qədər qəbula Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250-48-48 və 012 598-58-58 (daxili 222 və 290), habelə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 036 550-99-04 və ya 010 230-71-65 nömrəli telefonları vasitəsilə yazıla bilərlər.

Qeyd edək ki, qəbul Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin dekabr ayında şəhər və rayonlarda keçirəcəyi vətəndaş qəbulu cədvəlinə uyğun olaraq keçirilir.