Növbəti səyyar qəbul keçirilib

Culfa Rayon İcra Hakimiyyəti başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova növbəti səyyar qəbulunu Boyəhməd kəndində keçirib. Qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun idarə və təşkilat rəhbərləri iştirak ediblər. Qəbul zamanı kənd sakinlərinin  müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərdən bir qismi araşdırılması üçün qeydiyyata götürülüb, digərlərinin isə həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 

Kənd sakinləri müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitdən məmnun qaldıqlarını bildiriblər, göstərilən diqqət qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.