“Qədim ənənələr gələcəyə mirasdır” mövzusunda tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və birgə təşkilatçılığı ilə Culfa rayonu Yaycı kənd 1 nömrəli tam orta məktəbdə “Qədim ənənələr gələcəyə mirasdır” mövzusunda tədbir keçirilib. Çıxış edənlər mövzunun əhəmiyyətindən bəhs ediblər. Tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı broşürlər paylanılıb və məktəbin elan lövhələrində maarifləndirici posterlər yerləşdirilib.