Qərbi Azərbaycan Həsrəti

Culfa şəhərində yaşayan, Qərbi Azərbaycandan olan 57 yaşlı Həsənova Nailə Yaqub qızı Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ziyarət edilib.

1969-cu ildə Qafan şəhərində dünyaya gələn Nailə xanım ailəsi ilə birlikdə Şurud kəndinə köçərək orada yaşayıb, 1996-cı ildən Culfa şəhərində məskunlaşıb. Nailə Həsənova 1999-cu ildən Culfa Rayon Mərkəzi Kitabxanasında Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin müdiri vəzifəsində çalışır. 3 övlad, 4 nəvə sahibi olan Nailə xanım söhbət zamanı ata-baba yurdunu həsrətlə xatırladığını və bir gün o torpaqlara qayıtmaq arzusunda olduğunu bildirdi.

Qərbi Azərbaycandan olan insanların bu həsrəti sadəcə bir torpaq sevgisi deyil, həm də tarixə və gələcəyə bağlılığın ifadəsidir. Bu hiss bir gün gerçəkləşəcək qayıdış ümidini daim diri saxlayır.