
Culfa rayonunun Ləkətağ kənd sakini, Qərbi Azərbaydandan olan Hacıyeva Ofelya Gülüş qızı Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova və icra hakimiyyətinin əməkdaşları tərəfindən yaşadığı mənzildə ziyarət olunub.
1955-ci ildə Qərbi Azərbaycanın Sisyan (Qarakilsə) rayonunun Sofulu kəndində anadan olan Ofelya xanım 1972-ci ildə ailə həyatı qurduqdan sonra Culfa rayonunun Ləkətağ kəndinə köçüb və o vaxtdan da burada yaşayır.
Söhbət zamanı 4 övlad və 9 nəvə sahibi olduğunu deyən Ofelya xanım doğulub boya-başa çatdığı yurddan, ata-baba ocağından, uşaqlıq illərindən söz açaraq, bir gün doğma torpaqlara geri qayıtmaq ümidi ilə yaşadığını bildirib.