Qərbi Azərbaycandan olan sakinimiz ziyarət olunub

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova icra hakimiyyətinin əməkdaşları ilə birlikdə rayonunun Ləkətağ kəndində yaşayan, Qərbi Azərbaydandan olan Əliyeva Lalə Elburus qızını yaşadığı mənzildə ziyarət ediblər. Lalə xanım söhbət zamanı bildirdi ki, 1974-cü ildə Qərbi Azərbaycanın Cermuk şəhərində anadan olub. 14 yaşı olarkən, ailəsi ilə birlikdə ermənilərin həyata keçirdiyi məkirli siyasət ucbatından 1988-ci ildə doğulduğu Cermuk şəhərindən Mingəçevir şəhərinə köçməyə məcbur olurlar. Lalə xanım qeyd ki, təhsilini başa vurduqdan sonra ailə həyatı quraraq 1995-ci ildən Culfa rayonunun Ləkətağ kəndində yaşayır.

3 övlad, 2 nəvə sahibi olan Lalə xanım doğulub boya-başa çatdığı, ata-baba yurdundan söhbət açaraq uşaqlığının keçdiyi xatirələrlə dolu dogma şəhərinə qayıtmağın həsrətilə yaşadığını bildirdi.