
Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndində anadan olmuşdur. 1995–2006-cı illərdə Şahbuz rayon Kolanı kənd tam orta məktəbində orta təhsil almışdır.
2006–2010-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2011–2014-cü illərdə isə həmin ixtisas üzrə magistratura təhsili almışdır. 2016–2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində dissertant olmuşdur.
Naim Cahidzadə əmək fəaliyyətinə 2011-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində başlamışdır. 2014–2018-ci illərdə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018–2021-ci illərdə isə həmin fakültənin dekanı vəzifəsində çalışmışdır. Bu dövr ərzində ali təhsil müəssisəsində idarəetmə, tədrisin təşkili və akademik fəaliyyətin koordinasiyası istiqamətlərində peşəkar fəaliyyət göstərmişdir.
2021–2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Naim Etibar oğlu Cahidzadə 14 sentyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmiş, 21 fevral 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Naim Etibar oğlu Cahidzadə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2026-cı il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir, iki övladı var.