Qazançı kəndində bələdiyyə torpaqlarının istifadəsi və tikinti icazələri ilə bağlı maarifləndirici tədbir keçirilib

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Qazançı kəndində maarifləndirici tədbir keçirilib. Tədbir zamanı iştirakçılara bələdiyyə torpaqlarının istifadəsi, tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, müvafiq icazələrin alınması və şəhərsalma normalarına əməl olunması barədə ətraflı məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı müvafiq izahlar verilib.