
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tapşırıq və tövsiyələrinə uyğun olaraq Culfa Rayon İcra Hakimiyyəti başçının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın iştirakı ilə 18 fevral 2025-ci il tarixdə Qazançı kəndində səyyar vətəndaş qəbulu keçirilmişdir. Qəbulda kənd sakinlərinin məşğulluqla bağlı müraciətləri dinlənilmiş, təklif olunan vakant iş yerlərini qəbul etməyən şəxslərlə izahlı söhbət aparılmış, vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin Culfa Rayon Sektoruna müraciət etmələri üçün yönləndirilmişdir.