Qazançı kəndində Zəfər Gününə həsr olunmuş gənclərlə qazilərin görüşü keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Qazançı kənd tam orta məktəbində gənclərlə Vətən müharibəsi qazilərinin görüşü təşkil olunub. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov, Culfa Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Təbriz Hüseynzadə, Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov və rayonun müxtəlif kəndlərindən olan gənclər iştirak ediblər. Görüş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Çıxış edənlər Zəfər Gününün xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını bildirərək, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, şəhidlərimizin və qazilərimizin misilsiz şücaətindən danışıblar.

Tədbirdə çıxış edən qazilər Vətən müharibəsində keçdikləri döyüş yolundan söz açaraq, gənclərə Vətənə bağlılıq, milli ruh və dövlətə sədaqət kimi dəyərləri aşılayıblar.