
04 iyun 2026-cı il tarixdə Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə çıxış edənlər qohum və erkən nikahların ailə institutuna, cəmiyyətə və xüsusilə uşaqların fiziki, psixoloji və sosial inkişafına mənfi təsirlərindən danışaraq, erkən nikahların təhsildən yayınma, sağlamlıq problemləri, sosial və iqtisadi çətinliklər kimi bir sıra mənfi nəticələrə gətirib çıxardığını diqqətə çatdırıblar.
#İnsanHüquqlarıAylığı #HumanRightsMonth