Ərəfsə kəndində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığı vurğulanıb, şəhidlərimizin qəhrəmanlığından və Vətən uğrunda göstərdikləri fədakarlıqdan bəhs olunub. Tədbirin sonunda məktəblilər tərəfindən qəhrəmanlıq mövzusunda şeirlər səsləndirilib.