Ərəfsə kəndində qanunsuz tikinti işlərinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib.

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qanunsuz tikintinin qarşısının alınmasının əhəmiyyəti vurğulanıb, iştirakçılara mövcud qanunvericiliyin tələbləri barədə məlumat verilib. 

Tədbirdə vətəndaşları maraqlandıran suallar cavablandırılıb.