Ərəzin kəndində içməli su təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq tədbirləri çərçivəsində əhalinin sosial rifahının yüksəldilməsi, o cümlədən yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində layihələr ardıcıl şəkildə icra olunur. Bu tədbirlər çərçivəsində Culfa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Ərəzin kəndində mövcud artezyan quyusunda təmir-bərpa işləri aparılmış, eyni zamanda 60 ailəni əhatə edən yeni içməli su xəttinin çəkilişinə başlanılmışdır. Görülən işlər nəticəsində kənd sakinlərinin keyfiyyətli, fasiləsiz və dayanıqlı içməli su ilə təminatı daha da yaxşılaşacaq.