Ərəzin kəndində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qanunsuz tikililərin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edənlər qanunsuz tikililərlə bağlı  qanunvericiliyin tələbləri barədə iştirakçılara ətraflı məlumat veriblər. Eyni zamanda, sakinləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici tövsiyələr səsləndirilib.