
Culfa Rayon İcra Hakimiyyəti başçının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın iştirakı ilə Ərəzin kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib. Qəbulda icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi iştirak ediblər.
Görüş zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı qanunamüvafiq qaydada izah verilib.