
Culfa rayonunun Gal–Şurud avtomobil yolunda nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinin təmin olunması məqsədilə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin texnikası tərəfindən hamarlama işləri həyata keçirilib. Görülən işlər yolun istismar vəziyyətinin yaxşılaşdırılmasına, hərəkətin təhlükəsizliyinin artırılmasına və vətəndaşların rahat gediş-gəlişinin təmin olunmasına xidmət edir.