
Yaz fəslinin gəlişi ilə əlaqədar olaraq şəhər ərazisində mövcud yaşıllıqların qorunması və abadlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, parklarda və yaşayış binalarının ətrafında yerləşən ağac və kolların budanması aparılır, qurumuş və yararsız budaqlar təmizlənərək ərazilər səliqəyə salınır.
Eyni zamanda yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, ərazilərdə təmizlik və biçin işləri həyata keçirilir.