“Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş “Vətəni tanı” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib

Culfa şəhər 3 nömrəli tam orta məktəbində Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş “Vətəni tanı” intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 14 komanda olmaqla 28 müəllim iştirak etmişdir. Yekun nəticəyə əsasən  Kırna kənd tam orta məktəbi I yer, Göydərə kənd tam orta məktəbi II yer, Bənəniyar kənd tam orta məktəbi III yerə layiq görülmüşlər. Qalib komandalar diplom və hədiyyələrlə təltif edilmişlər.