
Keçirilən tədbir zamanı kəndlərimizdə yerləşən yaşıllıq sahələrinin bərpası və genişləndirilməsi məqsədilə müxtəlif növ meyvə ağacları əkilib və suvarma işləri həyata keçirilib. Aksiyanın əsas məqsədi ətraf mühitin qorunması, yaşıllıq sahələrinin artırılması və rayon ərazisində ekoloji tarazlığın möhkəmləndirilməsidir.