Şəhid ailələri ziyarət olunub

44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri daim diqqət və qayğı ilə əhatə olunur. Şəhid ailələrinin sosial vəziyyəti, onların müraciət və qayğıları mütəmadi olaraq diqqətdə saxlanılır. Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə şəhid Dünyamalıyev Ceyhun Zeynal oğlunun və Nəcəfov Yaqub Məhəmməd oğlunun ailələrini ziyarət edib. Görüşlər zamanı şəhidlərimizin Vətən uğrunda keçdikləri şərəfli döyüş yolundan, göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub. Şəhid ailələrinin sosial vəziyyəti və gündəlik qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib. Səsləndirilən müraciətlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.