Şəhid ailəsi və qazilər ziyarət edilib

Vətən müharibəsi iştirakçıları Məmmədov Ümman Rafiq oğlu, Məmmədov Kərim Vilayət oğlu, həmçinin şəhid Rzayev Kənan Əbdürrəhman oğlunun ailəsi Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova və icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov tərəfindən ziyarət olunublar.

Görüş zamanı qazilərin və şəhid ailəsinin sosial durumu, gündəlik qayğıları ilə maraqlanılıb.