
Culfa Rayon İcra Hakimiyyəti şəhid ailələrinə xüsusi qayğı ilə yanaşaraq onların hər bir problemini diqqətdə saxlayır. Bu çərçivədə şəhid Gülməmmədov Amin Mayis oğlunun ailəsi Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova və icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov tərəfindən ziyarət olunub. Ziyarət, şəhidimizin anasının səhhətində yaranmış problemlə bağlı baş tutub. Görüş zamanı Sara xanım bildirib ki, şəhidlərimizin ailələri bizim üçün əzizdir və onların rifahı daim dövlətin və yerli qurumların diqqət mərkəzindədir. Bu kimi görüşlər həm də mənəvi dəstəyin bir nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Şəhidimizin ailəsi göstərilən diqqət və qayğıya görə təşəkkür edib.