Şəhid anası yubileyi münasibətilə ziyarət olunub

Culfa rayonunda 18.05.1992-ci il tarixdə Sədərəyin müdafiəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş Əbrəqunus kəndindən olan Əliyev Kamran Yaqub oğlunun anası Əliyeva Lyudmila Fyodor qızı 80 illik yubileyi münasibətilə yaşadığı mənzildə ziyarət olunub. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova və icra hakimiyyətinin əməkdaşları iştirak ediblər. 

Ziyarət zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurli dövlət siyasətindən, xüsusilə ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, şəhid ailələrinin sosial rifahının daim diqqət mərkəzində saxlanılmasından bəhs edilmişdir.

Görüş zamanı Lyudmila xanım başda olmaqla şəhidimizin ailə üzvləri göstərilən davamlı diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə öz dərin minnətdarlıqlarını bildirmişdir.

Tədbirdə yubilyara gül dəstələri və qiymətli hədiyyələr təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.