Şəhid Ceyhun Dünyamalıyevin anım günü qeyd olunub

Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində torpaqlarımızın azad olunması uğrunda haqq savaşına qatılan igid oğullarımızdan biri də leytenant Dünyamalıyev Ceyhun Zeynal oğludur. Müharibəsində igidliyi, şücaəti ilə seçilən Ceyhun Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd, Qubadlı və Hadrut qəsəbəsinin düşmən əsarətindən qurtarılmasında böyük fədakarlıq göstərmişdir. O, 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ceyhunun şəhadətinin beşinci il dönümündə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, rayonda fəaliyyət göstərən hüquq-mühavizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Şəhid Dünyamalıyev Ceyhun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "İgidliyə görə" medalları təltif edilib.