
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Rzalı Daşqın Elşad oğlunun bu gün doğum günüdür. Daşqın 27 may 1993-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Şəhidimizin doğum günü münasibətilə məzarı başında keçirilən anım tədbirində Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri iştirak ediblər.