
Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi, Culfa Rayon Mədəniyyət Şöbəsi və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının əməkdaşlarının birgə iştirakı ilə Vətən müharibəsi şəhidi Kənan Rzayevin ailəsi ziyarət olunub. Ziyarətin məqsədi gənclər və yeniyetmələrin şəhid ailələrini tanıması, onların qəhrəmanlarımız haqqında məlumatlandırılması və milli ruhda tərbiyə olunmasıdır. Görüş zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbət aparılıb, şəhid Kənanın döyüş yolundan bəhs olunub.