Şəhid kapitan Şamil Babayev doğum günündə yad edilib

Vətənimizin ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan kapitan Babayev Şamil Baloğlan oğlunun doğum günü münasibətilə məzarı başında anım mərasimi keçirilib.

Rayonumuzun Camaldın kəndindən olan şəhidimizin xatirəsinə həsr olunan tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri, Sosial Xidmətlər Agentliyinin Culfa rayon Sektorunun əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

26 yanvar 1988-ci ildə anadan olan Şamil Babayev 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.