Şəhid Leytenant Babək Əliyevin ailəsi ziyarət olunub

Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi daim ehtiramla yad edilir. Şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır, onların qayğıları ilə yaxından maraqlanılır. 

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə şəhid leytenant Babək Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Daha sonra şəhidin ailəsi ilə görüş keçirilib, onların qayğıları ilə maraqlanılıb. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.