Şəhid Məmmədli Nicatın ailəsi ziyarət olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev Culfa Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Təbriz Hüseynzadə ilə birgə Vətən müharibəsi şəhidi Məmmədli Nicat Rizvan oğlunun ailəsini ziyarət ediblər. 

Görüşdə Nicatın Vətən müharibəsindəki döyüş yolundan, göstərdiyi igidlikdən söhbət açılmış və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir.

Şəhidimizin ailəsi onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.