Şəhid Məmmədov Yaşar Allahverdi oğlu anım günündə yad edilib

1992–1997-ci illərdə Ağdam və Beyləqan rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmiş və 27 sentyabr 1997-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Yaşar Məmmədovun xatirəsi doğulduğu kənddə yad edilib.

Anım tədbirində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, YAP Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları və şəhidin ailə üzvləri iştirak ediblər.