
Culfa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bənəniyar kənd qəbiristanlığında şəhid məzarlarının yerləşdiyi sahədə genişmiqyaslı abadlıq işləri həyata keçirilir. Layihə çərçivəsində şəhid məzarlarına aparan yola kilit daş döşənir, ətraf ərazidə isə səliqə-sahman yaradılır, abadlıq tədbirləri görülür.
Görülən işlərin vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova əraziyə baxış keçirib, görülən işlərlə maraqlanıb və müvafiq göstərişlər verib.