Şəhid Mahmud Zeynalovun məzarı ziyarət edilib və ailəsinə baş çəkilib.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə 1992-ci il sentyabrın 19-da Mil dağı istiqamətində gedən döyüşlərdə şəhid olan Zeynalov Mahmud Zeynalabdin oğlunun məzarını ziyarət edib.

Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

 

Daha sonra Naim Cahidzadə şəhidin ailəsinə baş çəkərək ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

Görüş zamanı Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu, onların ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.