
44 günlük Vətən müharibəsi dövründə, torpaqlarımızın erməni işğalçılarından azad olunmasında mərdliyi,mübarizliyi və cəsurluğu ilə fərqlənən, 24 oktyabr 2020-ci il tarixdə xain düşmənin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalan Seyidov Miryasinin doğum günü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları,hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrin rəhbərləri və şəhid ailələri iştirak ediblər.