
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev Ali Məclisin, Culfa Rayon İcra Hakimiyyəti və Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əməkdaşları ilə birgə Vətən müharibəsi şəhidi, "Vətən uğrunda", "Cəsur döyüşcü" və "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunan Quliyev Kənan Vaqif oğlunun ailəsini ziyarət ediblər. Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqətə görə məmnunluqlarını ifadə ediblər.