
Birinci Qarabağ müharibəsi dövründə Vətən torpaqlarının müdafiəsinə qalxan, 1994-cü il aprel ayının 30-da Ağdam rayonunun Qərvənd və Xındırıstan kəndləri uğrunda gedən döyüşlərdə şəhid olan Quliyev Rəqib Telman oğlunun bu gün doğum günüdür. Rəqib 14 noyabr 1973-cü ildə Culfa rayonunun Boyəhməd kəndində dünyaya göz açmışdır.