
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova və İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidi Quliyev Vəli Kamal oğlunun ailəsini ziyarət ediblər. Görüş zamanı şəhidimizin ailəsinin qayğı və müraciətləri dinlənilib, onların sosial məsələləri ilə maraqlanılıb. Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.