Şəhid Ramazan Göydağlının doğum günü məzarı başında anılıb

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Göydağlı Ramazan Əbülfət oğlunun bu gün doğum günüdür. Ramazan 4 fevral 1997-ci ildə Culfa rayonunun Kırna kəndində anadan olmuşdur.

Şəhidimizin doğum günü münasibətilə məzarı başında keçirilən anım tədbirində Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisə rəhbərləri, eləcə də şəhid ailələri iştirak ediblər.