Şəhid Sənan Məmmədovun ailəsi ziyarət olunub

axçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri  Ruslan Cəfərovla birgə şəhid Məmmədov Sənan Hidayət oğlunun ailəsini ziyarət edib, qayğılarıyla maraqlanıblar. Şəhidimizin ailəsi şəhid valideyinləri adından onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını və məmnunluğunu bildirib.