
Vətən uğrunda şəhid olan qəhrəmanlarımız heç vaxt unudulmayacaq, onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar. 11 yanvar 2018-ci ildə Tərtər rayonu ərazisində ön mövqedə xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksələn Məmmədov Sənan Hidayət oğlu da daima xatırlanacaq igidlərimizdəndir.
Bugün Sənanın şəhid olmasından 8 il ötür. Bu münasibətlə keçirilən anım tədbirində Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin şəhid ailələri iştirak ediblər.