
Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla Azərbaycan tarixində silinməz iz qoyan, adını xalqımızın yaddaşına qızıl hərflərlə yazdıran igidlərimizdən biri də kapitan Şamil Baloğlan oğlu Babayevdir. O, Füzuli və Şuşa istiqamətində gedən ağır döyüşlərdə iştirak edərək, yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmiş, 8 noyabr 2020-ci ildə – Zəfər Günündə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Şamilin şəhadətinin beşinci ildönümü münasibətilə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini və səlahiyyətlərini icra edən Sara Hüseynova, YAP Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şamil Babayev Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.